QR CodeQR Code

ABŞ hökuməti Çindəki malikanələrini satdı

12 Sep 2020 08:49

İslamTimes: ABŞ Dövlət Departamenti Honkonqdakı Şouson Hill küçəsində yerləşən malikanələrini satıb.


Teleqraf.com xəbər verir ki, mütəxəssislər satış dəyərinin 413 milyon dollardan başlamasını təxmin edirlər.

Mülkiyyət 2020-ci ilin mayından satışa çıxarılıb. Alıcının kim olduğu və obyektləri hansı qiymətə alındığı məlum deyil. Müqavilənin 2020-ci ilin sonuna kimi tamamlanması planlaşdırılır.

Dövlət Departamenti bu əmlakı 1940-cı illərin sonlarında satın alıb və 72 il sahibi olub. Obyektlərin satışına səbəb Çində milli təhlükəsizlik qanununun qəbul edilməsi ilə əlaqədar iki ölkə arasındakı gərginlik göstərilir.

 


Story Code: 885748

News Link :
https://www.islamtimes.org/az/news/885748/abş-hökuməti-çindəki-malikanələrini-satdı

Islam Times
  https://www.islamtimes.org