QR CodeQR Code

Anti-terror ünsürləri hədəf alan ABŞ əsil terrorçuları himayə edir!

IslamTimes , 12 Sep 2020 12:53

ABŞ-ın Əfqanıstandakı səfiri şənbə günü verdiyi açıqlamada bildirib ki, ABŞ Taliban terror təşkilatının liderlərini "terrorçular" siyahısından çıxara bilər.


Əfqanıstan hökumətinin nümayəndə heyəti Əfqanıstan qrupları arasında danışıqlarda iştirak etmək məqsədilə cümə axşamı Qətərə yola düşüb.

Toplantının açılış mərasimində iştirak etmək üçün Ali Milli Barış Şurasının sədri Abdullah Abdullah, Xarici İşlər Naziri müavini Məhəmməd Hənif Atmar, Əfqanıstan Prezidentinin xüsusi nümayəndəsi Abdul Salam Rəhimi və Sülh Məsələləri üzrə nümayəndə Seyid Sadat Mənsur Nadiri Dohaya yollanıb.

Abdullah Abdulah Dohaya yollanmazdan öncə Kabul hava limanında jurnalistlərə deyib: "Ümid edirik ki, danışıqların başlaması böyük, tarixi bir hadisə olacaq. Bədbin olmaq istəmirəm, ancaq problemi məsələlər də gözardı edilməməlidir."

Bundan öncə ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeonun bu toplantıda iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gedəcəyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ-la Taliban arasında bir sıra razılaşmalar imzalansa da, Taliban bu müddət ərzində terror hücumlarına davam edib.


Story Code: 885829

News Link :
https://www.islamtimes.org/az/news/885829/anti-terror-ünsürləri-hədəf-alan-abş-əsil-terrorçuları-himayə-edir

Islam Times
  https://www.islamtimes.org