0
Saturday 12 September 2020 - 18:29

Ənsarullah: İsrail ilə münasibətləri normallaşdıran rejimlər ağır bədəl ödəyəcək!

Story Code : 885875
Ənsarullah: İsrail ilə münasibətləri normallaşdıran rejimlər ağır bədəl ödəyəcək!
Ənsarullah hərəkatı Bəhreyn ilə İsrail arasındakı münasibətlərin normallaşdırılmasına münasibət bildirərək bu hadisənin təəccübləndirici olduğunu vurğulayıb.
 
Hərəkatın bəyanatında deyilir: "Fələstin illərdir gizli şəkildə onu kürəyindən bıçaqlayan rejimlərin ağır yükündən qurtuldu! Bəhreynin Sionist rejimlə münasibətləri normallaşdırma qatarına qoşulması Amerika və İsrail rejiminə bağlı olan rejimin qərarıdır."
 
Ənsarullah əlavə edib: "İsraillə münasibətlərin normallaşdırılmasına tələsən rejimlər bu ölkələrin əhalisini təmsil etmir və şübhəsiz ki, bir gün bu xəyanətin bədəlini ödəyəcəklər!"

Ənsarullah hərəkatı Bəhreyn xalqı ilə həmrəy olduğunu və onlara Bəhreynin itirilmiş izzətini, ucalığını geri qaytarmaqda dəstək verdiklərini elan edib.
Source : IslamTimes