QR CodeQR Code

Ənsarullah: İsrail ilə münasibətləri normallaşdıran rejimlər ağır bədəl ödəyəcək!

IslamTimes , 12 Sep 2020 18:29

İslamTimes: Yəmənin Ənsarullah Müqavimət Hərəkatı Bəhreynin işğalçı İsrail rejimi ilə münasibətləri normallaşdırma qərarını qınayaraq sionistlərlə rabitə qurmağa can atan rejimlərin bu ölkələrin xalqını təmsil etmədiklərini və bir gün bu xəyanətin bədəlini ödəyəcəklərini bildirib.


Ənsarullah hərəkatı Bəhreyn ilə İsrail arasındakı münasibətlərin normallaşdırılmasına münasibət bildirərək bu hadisənin təəccübləndirici olduğunu vurğulayıb.
 
Hərəkatın bəyanatında deyilir: "Fələstin illərdir gizli şəkildə onu kürəyindən bıçaqlayan rejimlərin ağır yükündən qurtuldu! Bəhreynin Sionist rejimlə münasibətləri normallaşdırma qatarına qoşulması Amerika və İsrail rejiminə bağlı olan rejimin qərarıdır."
 
Ənsarullah əlavə edib: "İsraillə münasibətlərin normallaşdırılmasına tələsən rejimlər bu ölkələrin əhalisini təmsil etmir və şübhəsiz ki, bir gün bu xəyanətin bədəlini ödəyəcəklər!"

Ənsarullah hərəkatı Bəhreyn xalqı ilə həmrəy olduğunu və onlara Bəhreynin itirilmiş izzətini, ucalığını geri qaytarmaqda dəstək verdiklərini elan edib.


Story Code: 885875

News Link :
https://www.islamtimes.org/az/news/885875/ənsarullah-israil-ilə-münasibətləri-normallaşdıran-rejimlər-ağır-bədəl-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org