QR CodeQR Code

Çin ABŞ diplomatlarına qadağa tətbiqinə başladı - Son qərar

13 Sep 2020 00:24

İslamTimes: Rəsmi Pekin Çin və Honkonqda işləyən amerikalı diplomatların fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq edib.


Teleqraf.com-un məlumatına görə, Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, yeni məhdudiyyətlər ABŞ-ın Pekin səfirliyi və Çin konsulluqlarında xidmət edən diplomatlarına şamil olunacaq.

Çinin ABŞ-la “bütün sahələrdə əməkdaşlıq və normal münasibətlərə” tərəfdar olduğu vurğulanan açıqlamada yeni məhdudiyyətlərin ABŞ-ın ötən il çinli diplomatlara qarşı tətbiq etməyə başladığı qadağaların aradan qaldırılması zamanı qüvvədən düşəcəyi xatırladılıb:

“Bir daha ABŞ tərəfində xətalarını düzəltməyə, Çin səfirliyi və konsulluqlarına, eləcə də personala tətbiq olunan məhdudiyyətləri qaldırmaq çağırışı edirik. Çin ABŞ-ın addımlarına müvafiq cavab verəcək”.

 


Story Code: 885929

News Link :
https://www.islamtimes.org/az/news/885929/çin-abş-diplomatlarına-qadağa-tətbiqinə-başladı-son-qərar

Islam Times
  https://www.islamtimes.org