QR CodeQR Code

ABŞ tankları Belarus sərhədində

13 Sep 2020 02:57

İslamTimes: Belarus sərhədinə ABŞ-ın tank taboru yerləşdirilib.


Bu barədə Belarusun Müdafiə naziri Viktor Xrenin məlumat verib.

O bildirib ki, Belarus sərhədinin 15 kilometrliyində yerləşən Litva poliqonunda NATO əməliyyatı başlayıb: “ABŞ-ın 69-cu tank alayının 2-ci tank taboru bizim dövlət sərhədimizin 15 kilometrliyindədir. Bu qədər yaxınlıqda 500 əsgər, 29 tank və 43 “Bradlet” zirehli maşınının cəmləşməsi bizi narahat etməyə bilməz”.

O, həmçinin Belarus sərhədi yaxınlığında B-52 bombardmançısının uçuşundan da harahat olduqlarını qeyd edib.

Qeyd edək ki, ötən həftə ABŞ Litva ilə birgə təlim keçiriləcəyini, tankların isə Polşadan göndəriləcəyini açıqlamışdı. Bu təlimlərin 3-cü ölkəyə, o cümlədən Belarusa qarşı olmadığı da xüsusi vurğulanmışdı.


Story Code: 885932

News Link :
https://www.islamtimes.org/az/news/885932/abş-tankları-belarus-sərhədində

Islam Times
  https://www.islamtimes.org