QR CodeQR Code

Qəzzada yürüş başladı

13 Sep 2020 08:44

İslamTimes: Qəzza zolağında Bəhreynin işğalçı İsrail rejimi ilə sülh razılaşmasına qarşı yürüş keçirilib.


Axar.az xəbər verir ki, məlumatı Fələstinin "Maan" xəbər agentliyi verib.

Məlumata əsasən, Fələstinin Qurtuluşu üçün Demokratik Cəbhənin onlarla fəalı ABŞ-İsrail-Bəhreyn anlaşmasına qarşı şüar və plakatlarla BMT-nin Qəzzadakı ofisi qarşısında toplaşıb.

Cəbhənin sözçüsü Nabil Atallanın sözlərinə görə, Bəhreyn və şğalçı İsrail arasında razılaşma xarici işlər nazirlərinin görüşündə Ərəb Birliyi milli vəzifəsini və milli siyasətini tərk edərək Amerika-İsrail birliyini dəstəkləməsindən sonra verilib:

“BƏƏ-dən sonra imzalanacaq olan Bəhreyn və İsrail arasındakı münasibətlərin normallaşdırılmasına dair bu razılaşma ilə Amerika rəhbərliyi və işğalçı İsrail höküməti arxamızda regional bir quruluş yaratmaq, Fələstin problemini və fələstin xalqının milli hüquqlarını pozmağa çalışırlar”.


Story Code: 885959

News Link :
https://www.islamtimes.org/az/news/885959/qəzzada-yürüş-başladı

Islam Times
  https://www.islamtimes.org