QR CodeQR Code

İraqın Əl-Həşduş Şəbi qüvvələri İŞİD-in dörd liderini öldürdü

13 Sep 2020 09:52

İslamTimes: İraqın Xalq Səfərbərlik (Əl-Həşduş Şəbi) qüvvələri Samirranın cənubunda keçirilən əməliyyat zamanı dörd İŞİD liderini öldürüb.


Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq Təhlükəsizlik Kəşfiyyat İdarəsi sentyabrın 11-i axşam Samirranın cənubundakı pusqu əməliyyatı nəticəsində dörd İŞİD liderinin öldürüldüyünü açıqlayıb.

“Baghdad Al-Youm” xəbər saytının verdiyi məlumatda belə qeyd olunub: “Samirra Əməliyyat Komandanlığının Maqhavir briqadası və Saraya Əl-Salam qrupunun birgə qüvvəsi Samirranın cənubundakı Əl-Fərhadiyə bölgəsindəki güclü pusqu əməliyyatı zamanı İŞİD terror qruplaşmasının dörd liderini öldürdü, onlardan ikisi partlayıcı kəmər taxmışdı”. Deyerler.org


Story Code: 885976

News Link :
https://www.islamtimes.org/az/news/885976/iraqın-əl-həşduş-şəbi-qüvvələri-işid-in-dörd-liderini-öldürdü

Islam Times
  https://www.islamtimes.org