QR CodeQR Code

İğalçı İsraildə polislə etirazçılar arasında şiddətli qarşıdurma

IslamTimes , 13 Sep 2020 10:40

İslamTimes: Sionist rejimi polisi ilə anti-Netanyahu etirazlarında iştirak edənlər arasında şiddətli qarşıdurma yaşanıb


İşğalçı İsrail polisi günün ilk saatlarında sionist rejim baş naziri Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı önündə toplanmış etirazçıları oradan uzaqlaşdırmaq istərkən şiddətli qarşıdurma yaşanıb. 

"Jerusalem Post" yazır ki, etirazçılar polis barrikadalarını qaldırıb Netanyahunun iqamətgahına yaxınlaşmaq istəyib. Qəzəbli kütləni görən təhlükəsizlik qüvvələri isə bir neçə dəfə havaya atəş açaraq, etirazçılarla qarşıdurma yaşayıb.

İşğal altındakı Qüds polisi, nümayişçilərin yalnız ictimai asayişi pozmadığını, həm də təxribat törətdiklərini iddia edərək onlardan ən az 9 nəfərini həbs edib.

Artıq 13 həftədir ki, Netanyahunun istefası tələbi ilə işğal olunmuş Qüdsdə minlərlə etirazçının iştirakı ilə aksiyalar keçirilir. İsrail polisi etirazçıların sayının ən azı 25 min nəfər olduğunu elan edib.

Nümayişçilər Netanyahunun korrupsiyada ittiham olunmasına işarə ilə onu "cinayət naziri" adlandırıb.


Story Code: 885982

News Link :
https://www.islamtimes.org/az/news/885982/iğalçı-israildə-polislə-etirazçılar-arasında-şiddətli-qarşıdurma

Islam Times
  https://www.islamtimes.org