0
Sunday 13 September 2020 - 12:12

Oman Bəhreyn ilə işğalçı İsrail arasındakı münasibətlərin normallaşmasını alqışladı

Story Code : 885997
Oman Bəhreyn ilə işğalçı İsrail arasındakı münasibətlərin normallaşmasını alqışladı
BƏƏ-nin böyük xəyanətə imza ataraq işğalçı İsrail ilə münasibətləri normallaşdırdığını elan etməsindən cəmi 29 gün sonra, ABŞ Prezidenti Donald Tramp cümə günü Bəhreyn və İsrailin münasibətləri normallaşdırmaq üçün razılığa gəldiyini elan edib. Trampın baş müşaviri qeyd edib ki, razılaşmada tərəflər səfirliklərinin fəaliyyətə başlaması ilə bağlı anlaşıblar.

Bəhreyn, ABŞ və sionist rejim ortaq bəyanatla BƏƏ-nin sionist rejimlə tam diplomatik əlaqələr qurmasını elan etməsini də təqdir ediblər.

Bəhreyn kralı Tramp və Netanyahu ilə telefon danışığında strateji bir seçim olaraq hərtərəfli bir barışığın zəruriliyinə işarə edib. Fələstin xalqına qarşı cinayətə imza atan Bəhreyn kralı, iddia edib ki, iki müstəqil dövlətin təşkili ilə (Fələstin və İsrail) beynəlxalq qətnamələrə uyğun olaraq ədalətli bir sülhə nail olmaq olar.

Bəhreyn ilə Sionist rejim arasında münasibətlərin normallaşdırılması qərarının elan edilməsindən sonra Bəhreyn xalqı bu qərara sərt şəkildə etiraz edib və aksiya keçiriblər.

Bəhreyn İslam Hərəkatının lideri Şeyx İsa Qasim deyib: "Bəzi ərəb ölkələri rəhbərləri vəzifələrini, taxt-taclarını qorumaq üçün düşmənlə münasibətləri normallaşdırmağa razılıq verir. Onlar ABŞ və İsrailin istəklərinə boyun əyərək, onların dəstəyini qazanmağa və millətləri qarşısında dayanmağa çalışır..."

İşğalçı sionist rejiminin baş naziri Benyamin Netanyahu digər ərəb ölkələrinin də tezliklə bu rejimlə əlaqələri normallaşdıracağını iddia edib.
Source : IslamTimes