"Deutsche Welle" informasiya agentliyinin verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bu gün verdiyi açıqlamada ABŞ-ın beynəlxalq sülh üçün ən böyük təhdid olduğunu söyləyib.
Sözçü Pentaqonun hesabatını Çinin hərbi siyasətinin "qəsdən təhrif edilməsi" adlandırıb və bunu Çin ordusuna qarşı "iftira" adlandırıb.
Açıqlamada deyilir: "Uzun illərdir hər kəs aydın şəkildə görür ki, regionda, dünyada qarışıqlıq yaradan ölkə elə ABŞ-ın özüdür. Dəlillər ortadır!"
Çin Müdafiə Nazirliyinin sözçüsü əlavə edib: "ABŞ-ın İraq, Suriya, Liviya və digər ölkələrdəki əməliyyatları son 20 ildə 800 mindən çox insanın ölümünə və milyonlarla insanın evsiz-eşiksiz qalmasına səbəb olub!"