QR CodeQR Code

İşğal olunmuş Fələstində koronavirusa görə yenidən sərt karantin tətbiq edilir

14 Sep 2020 09:23

İslamTimes: İşğalçı İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib.


APA xəbər verir ki, bu barədə sionist rejimin “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, otel, idman salonları və hovuzlar bağlanacaq.

Qeyd edək ki, işğal olunmuş ərazilərdə ümumilikdə 153,8 min nəfər koronavirusa yoluxub, 114,6 min nəfər müalicə olunaraq sağalıb, 1,1 min insan isə virusun qurbanına çevrilib.


Story Code: 886097

News Link :
https://www.islamtimes.org/az/news/886097/işğal-olunmuş-fələstində-koronavirusa-görə-yenidən-sərt-karantin-tətbiq-edilir

Islam Times
  https://www.islamtimes.org