QR CodeQR Code

Misir Mərdanovun rüşvət körpüləri uçulur

1 Aug 2011 09:40

IslamTimes - Suraxanıda 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində 123 nömrəli orta məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib. Müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341 min 965 manat olan 85 saylı məktəbdə “Azərbərpa” MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilib.


Öncə xəbər verdiyimiz kimi təhsil naziri Misir Mərdanovun xalası oğlu həbs edilib. Nazirin xalası oğlunun həbsi Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsindəki korrupsiya faktları ilə bağlıdır. Misir Mərdanovun xalası oğlu Allehverdi Dəmirov bu idarənin rəisidir. Korrupsiya faktları Respublika Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxıb.
Məlumatlara görə, korrupsiya faktlarının aşkar edilməsinə görə bundan sonra Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsi tikinti-təmir işlərilə məşğul ola bilməyəcək. Baş Prokurorluq bu yaxınlarda məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmaların nəticəsi barədə rəsmi məlumat açıqlayıb. Bildirilib ki, Baş prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib. Müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341 min 965 manat olan 85 saylı məktəbdə “Azərbərpa” MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilib.


Story Code: 88610

News Link :
https://www.islamtimes.org/az/news/88610/misir-mərdanovun-rüşvət-körpüləri-uçulur

Islam Times
  https://www.islamtimes.org