0
Monday 14 September 2020 - 10:58

İsrail işğal edilən ərazilərdə 980 mənzildən ibarət daha bir massiv salır

Story Code : 886116
İsrail işğal edilən ərazilərdə 980 mənzildən ibarət daha bir massiv salır
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə işğalçı İsrailin mənbələri məlumat veriblər.

Bildirilib ki, Şəhərsalma Nazirliyi Beyt-Ləhmdə yerləşən əz-Zeytun məntəqəsində 980 mənzildən ibarət yeni massivin salınmasını təsdiqləyib.

Fələstin mənbələri bildiriblər ki, İsrailin belə bir yerdə yeni massiv salması, Oslo anlaşmasında yer alan “C” katiqoriyalı ərazilərə də əl qoymaq məqsədi daşıyır.

Rəsmi statistikalara görə İsrail işğal edilən İordan çayının qərbində 121 massiv (qeyri rəsmi 300-dən artıqdır) salıb və bu ərazilərin üzərində suverenliyini elan etmək istəyir.