QR CodeQR Code

ABŞ polisinin qaradərililərə qarşı nifrəti tükənmir!

14 Sep 2020 11:21

İslamTimes: ABŞ-ın Corciya ştatının Kleyton dairəsinin şerif müavini afroamerikalı Roderik Uolkerə qarşı aşırı güc tətbiq etdiyi üçün işini itirib.


Bu barədə CNN telekanalı rəsmi qurumlara istinadən məlumat yayıb.

Buna səbəb bir müddət əvvəl internetdə yüksək rütbəli polisin R.Uolkeri saxlayarkən onu yerə yıxıb üzünə təpiklə zərbələr endirməsidir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, hazırda R. Uolker cəzaçəkmə müəssisəsinin xəstəxanasında həkim nəzarəti altındadır.


Story Code: 886119

News Link :
https://www.islamtimes.org/az/news/886119/abş-polisinin-qaradərililərə-qarşı-nifrəti-tükənmir

Islam Times
  https://www.islamtimes.org