QR CodeQR Code

Los Ancelesin bələdiyyə sədri: Tramp başını qarın altına salıb!

IslamTimes , 14 Sep 2020 17:06

İslamTimes: ABŞ prezidentinin Kaliforniyadakı meşə yanğınlarına reaksiyası Los Angeles bələdiyyə sədrini özündən çıxardı


CNN-in verdiyi məlumata görə, Los Ancelesin bələdiyyə sədri Erik Qarketti ABŞ prezidentinin son zamanlarda Kaliforniya əyalətində baş verən yanğınlara reaksiyasını kəskin şəkildə tənqid etdi.

İdarə etdiyi şəhər görünməmiş bir yanğınla üzləşən Erik Qarketti deyib: "Prezidentimizin başını qarın altına salıb!"

Los Ancelesin bələdiyyə başçısı Trampı hədəf alaraq deyib: "ABŞ-ın və dünyanın iqlim dəyişikliyi kimi bir böhranla qarşılaşmadığını iddia edən birinin gerçəkləri görməmək üçün başını qarın altına saldığını söyləyə bilərik. Yanğınsöndürənlərin belə aciz qaldığı bu yanğınlar iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindəndir. Bu bir həqiqətdir ki, Tramp hökuməti onu qəbul etmək istəmir..."


Story Code: 886194

News Link :
https://www.islamtimes.org/az/news/886194/los-ancelesin-bələdiyyə-sədri-tramp-başını-qarın-altına-salıb

Islam Times
  https://www.islamtimes.org