QR CodeQR Code

Pompeo: İslam Respublikasında həyatı çətinləşdirdik!

IslamTimes , 14 Sep 2020 17:56

İslamTimes: ABŞ Dövlət katibi Vaşinqtonun hədəflərinə çatması üçün İran xalqına təzyiq edildiyini etiraf etdi.


Amerika mediasında yer alan xəbərə görə ABŞ Dövlət katibi Mayk Pompeo İslam Respublikasında həyatı çətinləşdirdikləri haqda açıqlama verib.

Mayk Pompeonun Twitterdə yer alan mesajında deyilir: "Biz İran İslam Respublikası və hakim rejim üçün həyatı çox çətinləşdirdik. Onlara qarşı təzyiqlərə davam edəcəyik. Prezident Tramp açıq şəkildə bildirdi ki, İranın heç zaman nüvə silahı olmayacaq..."

Qeyd edək ki, dünya KİV-ində Pompeonun bu sözlərinin ABŞ-ın bu zamana qədər inkar etdiyi İran xalqını hədəfə alma siyasətlərinə etirafdır.  Amerika Birləşmiş Ştatları maksimum təzyiq kampaniyasına başlayaraq insanlara qida və dərman məhdudiyyətləri tətbiq edərək İranda narazılıq yaratmağa və nəticədə xalqın hakimiyyətə qarşı üsyan qaldırmasına çalışır.

Bu günədək ABŞ dəfələrlə iddia etmişdi ki, onların sanksiyaları İran xalqına zərbə vurmur və yalnız hakimiyyəti hədəf alır.


Story Code: 886196

News Link :
https://www.islamtimes.org/az/news/886196/pompeo-islam-respublikasında-həyatı-çətinləşdirdik

Islam Times
  https://www.islamtimes.org