QR CodeQR Code

İrandan qisas iddialarına cavab

15 Sep 2020 07:47

İslamTimes: ABŞ rəsmilərinə beynəlxalq aləmdə İran əleyhinə təbliğatı və köhnəlmiş metodlara müraciət etməyi dayandırmağı məsləhət görürük.


Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkili ilə bağlı yayılan iddialara münasibət bildirərkən söyləyib.

XİN sözçüsü “Politiko” qəzetinin qərəzli şəkildə yalan xəbər yaydığına işarə edərək, ölkəsinin beynəlxalq birliyin məsul üzvü olaraq beynəlxalq diplomatik prinsip və normalara sadiq qaldığını sübut etdiyini bildirib.

İranlı rəsmi bildirib ki, müxtəlif dövlətlərin ərazi bütövlüyünü pozan, iranlı general Qasim Süleymanini İraqa səfəri zamanı qorxaqcasına terror edən ABŞ-ın məntəqədəki gərginlik yaradan fəaliyyətləri ABŞ-ın sülhə nə qədər əhəmiyyətsiz yanaşdığının sübutudur!

Qeyd edək ki, "Politiko" qəzeti İran hakimiyyətinin Qasim Süleymaninin qətlinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa qarşı sui-qəsd təşkil etmək ehtimalını nəzərdən keçirdiyini iddia edib.

 


Story Code: 886296

News Link :
https://www.islamtimes.org/az/news/886296/irandan-qisas-iddialarına-cavab

Islam Times
  https://www.islamtimes.org