QR CodeQR Code

Rusiya sərhədində təhlükəli manevr: qırıcılar havalandı

15 Sep 2020 08:58

İslamTimes: Rusiya hərbçiləri Qara dəniz akvatoriyasında Ukrayna istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşan 3 hava obyektini müşahidə ediblər.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, yolverilməz pozuntuların qarşısını almaq və indentifikasiya üçün 4 qırıcı – iki Su-27 və iki Su-30 qırıcıları havaya qaldırılıb.

Məlum olub ki, sözügedən obyektlər ABŞ-a məxsus B-52H təyyarələridir. Rusiya qırıcıları Qara dəniz üzərində onları müşahidə edib, təyyarələr uzaqlaşdıqdan sonra təhlükəsiz şəkildə bazaya qayıdıblar.


Story Code: 886308

News Link :
https://www.islamtimes.org/az/news/886308/rusiya-sərhədində-təhlükəli-manevr-qırıcılar-havalandı

Islam Times
  https://www.islamtimes.org