0
Tuesday 15 September 2020 - 08:58

Rusiya sərhədində təhlükəli manevr: qırıcılar havalandı

Story Code : 886308
Rusiya sərhədində təhlükəli manevr: qırıcılar havalandı
Axar.az xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, yolverilməz pozuntuların qarşısını almaq və indentifikasiya üçün 4 qırıcı – iki Su-27 və iki Su-30 qırıcıları havaya qaldırılıb.

Məlum olub ki, sözügedən obyektlər ABŞ-a məxsus B-52H təyyarələridir. Rusiya qırıcıları Qara dəniz üzərində onları müşahidə edib, təyyarələr uzaqlaşdıqdan sonra təhlükəsiz şəkildə bazaya qayıdıblar.