QR CodeQR Code

"Qüdsə xəyanət edənlər Məkkəni də təhvil verəcəklər!"

IslamTimes , 15 Sep 2020 14:49

İslamTimes: Bəhreyndəki ən böyük müxalifət qrupu olan Əl-Vəfaq Cəmiyyətinin sədr müavini Şeyx Hüseyn əl-Deyhi bəhreynlilərin əbədi olaraq Fələstinlilərin yanında olacağını söyləyib


Hüseyn əl-Deyhi "Əl-Məyadin"ə verdiyi müsahibədə sionist rejimlə münasibətlərin normallaşdırılması razılaşması imzalayanların süquta doğru addım atdığını və onların bu vaxtadək bir gün olsun belə Fələstin xalqının yanında olmadıqlarını söyləyib.

O sözlərinin davamında deyib: "Biz hər zaman Fələstin xalqının yanında olacağıq və əsla zillətə düçar olmuş cərəyan tərəfində olmayacağıq! Çox təəssüf edirik ki, Bəhreynin adı işğalçı İsrail ilə münasibətləri normallaşdıran ölkələr siyahısına əlavə olundu."

Bəhreyn müxalifəti bildirib ki, Qüdsü (Fələstini) müdafiə edən əslində Məkkəni müdafiə edib və bu gün Qüdsə arxa çevirən, şübhəsiz ki, sabah Məkkəni də iki əli ilə düşmənə təqdim edəcək!"
 


Story Code: 886398

News Link :
https://www.islamtimes.org/az/news/886398/qüdsə-xəyanət-edənlər-məkkəni-də-təhvil-verəcəklər

Islam Times
  https://www.islamtimes.org