0
Tuesday 15 September 2020 - 14:49

"Qüdsə xəyanət edənlər Məkkəni də təhvil verəcəklər!"

Story Code : 886398
"Qüdsə xəyanət edənlər Məkkəni də təhvil verəcəklər!"
Hüseyn əl-Deyhi "Əl-Məyadin"ə verdiyi müsahibədə sionist rejimlə münasibətlərin normallaşdırılması razılaşması imzalayanların süquta doğru addım atdığını və onların bu vaxtadək bir gün olsun belə Fələstin xalqının yanında olmadıqlarını söyləyib.

O sözlərinin davamında deyib: "Biz hər zaman Fələstin xalqının yanında olacağıq və əsla zillətə düçar olmuş cərəyan tərəfində olmayacağıq! Çox təəssüf edirik ki, Bəhreynin adı işğalçı İsrail ilə münasibətləri normallaşdıran ölkələr siyahısına əlavə olundu."

Bəhreyn müxalifəti bildirib ki, Qüdsü (Fələstini) müdafiə edən əslində Məkkəni müdafiə edib və bu gün Qüdsə arxa çevirən, şübhəsiz ki, sabah Məkkəni də iki əli ilə düşmənə təqdim edəcək!"
 
Source : IslamTimes