0
Tuesday 15 September 2020 - 19:28

Pompeo: Çin daim bizə qarşı casusluq edir

Story Code : 886419
Pompeo: Çin daim bizə qarşı casusluq edir
"Sky News" xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo son çıxışı zamanı iddia edib ki, Çinin davamlı olaraq ABŞ-a qarşı casusluq edir.

Pompeo deyib: "Çin casusluq edir və bizim üçün ərsəyə gələn fürsətləri bizdən öncə mənimsəyir. Amerika xalqı bu təhlükəni anlamalıdır!"

Pompeo əlavə edib: "Bir sıra Çin şirkətləri Amerika məhsullarının məlumatlarını, nailiyyətlərini oğurlayaraq öz əsaslarını qoyublar..."

ABŞ dövlətinin son aylarda Çinə qarşı ittihamlarının ardı-arası kəsilmir. Bundan öncə koronavirusun yayılmasına görə rəsmi Pekin ittiham edilib. Daha sonra Çin şirkətlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoyulub, Çinin hərbi nailiyyətlərinin işğalçılıq üçün genişləndirildiyi iddia edilib və bu gün Çin şirkətlərinin casusluq edərək, ABŞ məhsullarının kəşflərini oğurladığı iddia edilib.
Source : IslamTimes