QR CodeQR Code

Bütün dünya belə İsraili tanısa, İslamabad onu tanımayacaq!

IslamTimes , 15 Sep 2020 20:02

İslamTimes: Pakistan Baş Naziri deyib: Bütün dünya belə işğalçı İsraili tanısa, İslamabad bunu etməyəcək və heç vaxt Fələstin xalqının istəklərinə zidd bir qərar verməyəcək!


Pakistanın Baş naziri İmran Xan, BƏƏ-dən sonra Bəhreynin sionist rejimlə münasibətlərin normallaşdırılması qərarına münasibət bildirərək deyib: "Bütün dünya İsraili tanımaq istəsə belə, İslamabad heç zaman Fələstin xalqının istəklərinə zidd olan bunu addımı atmayacaq!"

Pakistanın Baş Naziri "Kanal 92"yə verdiyi müsahibəsində əlavə edib: "Biz Fələstini dəstəkləmək və bu ölkənin azad edilməsi ilə bağlı əsas prinsiplərimiz barədə heç kimlə müzakirə aparmayacağıq! Pakistanın qurucusu Məhəmməd Əlin Cinnahın siyasətini davam etdirərək Fələstini dəstəkləyəcəyik və bu Pakistanın dəyişməz mövqeyidir."


Story Code: 886422

News Link :
https://www.islamtimes.org/az/news/886422/bütün-dünya-belə-israili-tanısa-islamabad-onu-tanımayacaq

Islam Times
  https://www.islamtimes.org