QR CodeQR Code

Tramp “kartları” açdı: Rusiya kimi prezident görmək iastəyir?

16 Sep 2020 08:44

İslamTimes: "Rusiya Co Baydenin ABŞ prezidenti olmasını daha üstün tutur".


Publika.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Fox News telekanalının efirində deyib.

“Rusiya, çox güman ki, Baydeni istəyir. Çünki baxın, heç kim Rusiya ilə mənim qədər sərt davranmayıb. Heç kim. Boru xətti məsələsində də (“Şimal axını-2” – red.), hərbi məsələlərdə də”, - Tramp söyləyib.

Bildirək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılıb. Hazırkı prezident Donald Tramp ikinci dəfə seçilmək arzusundadır. Onun rəqibi isə Demokratlar partiyasından 77 yaşlı Co Baydendir.

 


Story Code: 886531

News Link :
https://www.islamtimes.org/az/news/886531/tramp-kartları-açdı-rusiya-kimi-prezident-görmək-iastəyir

Islam Times
  https://www.islamtimes.org