Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər
Story Code : 886560
Axar.az xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli polkovnik Midhəd İşıq deyib.
“Əgər Şərqi Aralıq və Egey dənizindən Türkiyəyə təhdid yaranarsa, Ankara boğazları Montrö müqaviləsinə əsasən bağlaya bilər. Hazırkı proseslər belə davam edərsə, boğazların bağlanması gündəmə gəlməlidir. Bu, Türkiyənin haqqıdır. Ankaranın bundan istifadəsi AB liderlərinin önümüzdəki həftə keçirəcəyi iclasda qəbul edilən qərarlara görə formalaşa bilər”, - polkovnik bildirib.