0
Monday 1 August 2011 - 14:20

Livanın cənubunda qarşıdurma

Story Code : 88660
Livanın cənubunda qarşıdurma
Livanın cənubunda qarşıdurma
"IslamTimes"-ın verdiyi məlumata əsasən, Liviyanın təhlükəsizlik qüvvələrinə bağlı bir mənbə xəbər verib ki, İsrail hərbi qüvvələri təhrik edici bir əməliyyatda Livanın hərbi bazasına atəş açmışdır.

Mənbənin verdiyi xəbərə əsasən, Livan sərhədçiləri işğalçı rejimin bu addımına reaksiya olaraq cavab atəşi açıb. Atışma nəticəsində Liviya hərbiçilərindən biri yaralanmışdır.

Hələ ki, itkilər barədə dəqiq məlumat əldə edilməyib.

2006-cı ildə İsrail ordusunun Liviya torpaqlarına 33 günlük təcavüzündən sonra 1701 nömrəli qətnamədə İsrail rejimindən Livan torpaqlarının bütövlüyünə hörmətlə yanaşması tələb edildi. Amma bu rejim hələ də Livan sərhədlərini qurudan və havadan pozmaqda davam edir.
Comment