0
Wednesday 16 September 2020 - 20:28

ABŞ Parisi Hizbullaha qarşı hərəkətə keçirmək istəyir

Story Code : 886677
ABŞ Parisi Hizbullaha qarşı hərəkətə keçirmək istəyir
Dövlət Departamentinin sözçüsü Morqan Ortequs, "Alhurra" şəbəkəsinə verdiyi müsahibədə Livanın Hizbullah Müqavimət Hərəkatını günahlandırıb. O Livan mövzusunda rəsmi Vaşinqtonla Parisin mövqeyində ziddiyyətlər olduğunu da bildirib.

Məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonda Tel-Əviv, Əbu-Dabi və Manama arasında münasibətlərin normallaşdırılması ilə bağlı saziş imzalanması mərasimində Mayk Pompeonun "Le Figaro" qəzetində yayımlanan məqaləsi haqda danışıb. Məqalədə Fransanın Hizbullah və İrana münasibətdə mövqeyindən söz açılıb. ABŞ rəsmisi bildirib ki, yaxşı olar ki, rəsmi Paris ABŞ-ın İran və Hizbullahla bağlı mövqeyini bilsin!"

Ortequs daha sonra məntəqədə terrorçuların kökünün kəsilməsində böyük rolu olan Hizbullah hərəkatını ittiham edərək deyib: "Fransızlar bilməlidir ki, Hizbullah terror təşkilatıdır və Livan xalqının bir il əvvəlki etiraz aksiyalarında tələb etdikləri islahatları həyata keçirə bilməz." 
 
Source : IslamTimes