0
Thursday 17 September 2020 - 00:32

Belarusiyadakı iğtişaşlarda ABŞ baş rolu ifa edir

Story Code : 886707
Belarusiyadakı iğtişaşlarda ABŞ baş rolu ifa edir
Sputnikin verdiyi xəbərə əsasən, Rusiyanın xarici kəşfiyyat xidməti bildirib ki, ABŞ-ın Belarusiyadakı iğtişaşlarda böyük rolu var. 

Rusiyanın xarici kəşfiyyat xidmətindən verilən açıqlamada deyilir: “Belarusiyada baş verən son olayları diqqətlə izlədikdə açıq şəkildə Qərbin izinə rastlayırıq. Etirazlar elə ilk günlərdən xarici qüvvələr tərəfindən qüsursuz şəkildə planlanıb idarə olunurdu. Bu olaylarda baş rolu ABŞ ifa edirdi."

Açıqlamada əlavə edilir ki, Belarusiyada 2019 və 2020-ci il etiraz aksiyaları üçün QHT-lər vasitəsi ilə təxminən 20 milyon dollar xərclənib.

Xatırladaq ki, Belarusiyada Aleksandr Lukaşenkonun qələbəsi ilə başa çatan prezident seçkilərindən sonra nəticələrə etiraz edilib və hələ də aksiyalar keçirilir.
Source : IslamTimes