0
Thursday 17 September 2020 - 00:50

İrana qarşı sanksiyaların geri qaytarılması üçün əlimizdən gələni edirik

Story Code : 886709
İrana qarşı sanksiyaların geri qaytarılması üçün əlimizdən gələni edirik
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə günü ölkəsinin İrana qarşı tətbiq olunan sanksiyaların yenidən qüvvəyə minməsi üçün bütün lazımi tədbirlərə əl atacağını bildirərək gülünc bir iddia irəli sürüb!

ABŞ Dövlət katibi bildirib ki, İrana qarşı daimi silah embarqosuna nail olmaq üçün gələn həftə BMT-yə bir qətnamə təqdim edəcək.

O deyib: "Silah embarqosunun daimi olması üçün, bu sanksiyaları bərpa etmək üçün Birləşmiş Millətlər Təşkilatına gedirik."

Tramp administrasiyası İranla razılaşmanı birtərəfli şəkildə tərk etsə də, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə istinad edərək, İrana qarşı beynəlxalq sanksiyaları bərpa etməyə çalışır. Amma bu (tətik) müxanizmindən istifadə hüququ İranla nüvə sazişinə imza atan bütün ölkələr tərəfindən rədd edilib.
Source : IslamTimes