QR CodeQR Code

İşğalçı İsraildə məktəblər bağlanır

17 Sep 2020 08:39

İslamTimes: İşğalçı İsrail rejimi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.


Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Telefonla keçirilən səsvermə nəticəsində hökumət Səhiyyə nazirinin və koronavirusla mübarizə üzrə milli koordinator, professor Roni Qamzunun məktəblər, uşaq bağçaları da daxil olmaqla təhsil müəssisələrinin bağlanması ilə bağlı tövsiyəsini təsdiq etdi”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, son sutka ərzində İsraildə 2 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Sentyabrın 13-də hökumət ölkədə sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejiminin yenidən bərpa olunması haqda qərar qəbul edib. /Unikal.org/

 


Story Code: 886740

News Link :
https://www.islamtimes.org/az/news/886740/işğalçı-israildə-məktəblər-bağlanır

Islam Times
  https://www.islamtimes.org