0
Thursday 17 September 2020 - 08:48

Çavuşoğlu: "Ankara və Moskva Liviya üzrə razılıq əldə etməyə yaxındır"

Story Code : 886741
Çavuşoğlu: "Ankara və Moskva Liviya üzrə razılıq əldə etməyə yaxındır"
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Dünən Ankarada Liviya ilə bağlı danışıqlar aparıldı, bu gün Suriya mövzusunda aparılır. Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxın olduğumuzu söyləyə bilərik", - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, 15 və 16 sentyabr tarixlərində Ankarada Rusiya ilə Türkiyə arasında qurumlararası danışıqlar aparılırdı.