QR CodeQR Code

Diplomat: NATO Türkiyədən qorxub, geri çəkildi

19 Sep 2020 10:39

İslamTimes: Türkiyə-Fransa arasında yaşanan gərginlik zaman NATO hərbi-strateji mövqeyi səbəbindən Türkiyə ilə açıq qarşıdurmaya getmək istəməyib.


Axar.az xəbər verir ki, bu sözləri adı açıqlanmayan avropalı diplomat “Röyter”ə deyib.

O bildirib ki, Fransa-Türkiyə gərginliyi ilə bağlı NATO-nun hesabatı hazırdır, lakin “həssas” olması səbəbindən ictimaiyyətə açıqlanmayacaq:

“Türkiyənin strateji mövqeyi səbəbindən alyans Ankara ilə üz-üzə gəlmək istəməyib”.

Qeyd edək ki, rəsmi Paris Türkiyənin BMT-nin Liviya ilə bağlı tətbiq etdiyi embarqonu pozduğunu iddia etmiş və alyansa rəsmi şəkildə şikayət ünvanlamışdı. Rəsmi Ankara bu iddiaları rədd etmişdi.

Bu məsələdən sonra Fransa-Türkiyə arasında rəsmi səviyyələrdə qarşılıqlı ittihamlar səsləndirilməkdədir.


Story Code: 887135

News Link :
https://www.islamtimes.org/az/news/887135/diplomat-nato-türkiyədən-qorxub-geri-çəkildi

Islam Times
  https://www.islamtimes.org