QR CodeQR Code

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

19 Sep 2020 11:17

İslamTimes: Görüşdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlər, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə H. Hacıyev “Twitter” hesabında paylaşım edib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib.

Eyni zamanda, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Story Code: 887143

News Link :
https://www.islamtimes.org/az/news/887143/azərbaycan-prezidentinin-köməkçisi-iran-səfiri-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org