0
Saturday 19 September 2020 - 11:42

Üç Avropa dövləti ABŞ-a qarşı çıxdı

Story Code : 887145
Üç Avropa dövləti ABŞ-a qarşı çıxdı
SalamNews BBC-ə istinadla xəbər verir ki, Fransa, Britaniya və Almaniya BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq, nüvə sazişinə əsasən cari ayın 20-dən sonra da İrana qarşı hər hansı bir sanksiyanın olmayacağını, ABŞ-ın tələb etdiyi sabiq sanksiyaların işə salınması tələbinin də qanuni baxımdan təsirsiz və faydasız olacağını bildiriblər.

Qeyd edək ki, ABŞ son ayda ikinci dəfədir BMT TŞ-da İrana qarşı sabiq beynəlxalq sanksiyaların qaldırılmasını gündəmə çıxarır. ABŞ bundan önsə İrana qarşı silah enbarqosunun bitməsinə də etiraz edib və onun uzadılmasını istəsə də bu tələb rədd edilib.