QR CodeQR Code

Üç Avropa dövləti ABŞ-a qarşı çıxdı

19 Sep 2020 11:42

İslamTimes: ABŞ-ın İrana qarşı beynəlxalq sanksiyaları yenidən işə salmaqla (snapback) bağlı növbəti cəhdindən sonra Fransa, Britaniya və Almaniya bu sanksiyaların qanuni baxımdan təsiri olmadığını bildiriblər.


SalamNews BBC-ə istinadla xəbər verir ki, Fransa, Britaniya və Almaniya BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq, nüvə sazişinə əsasən cari ayın 20-dən sonra da İrana qarşı hər hansı bir sanksiyanın olmayacağını, ABŞ-ın tələb etdiyi sabiq sanksiyaların işə salınması tələbinin də qanuni baxımdan təsirsiz və faydasız olacağını bildiriblər.

Qeyd edək ki, ABŞ son ayda ikinci dəfədir BMT TŞ-da İrana qarşı sabiq beynəlxalq sanksiyaların qaldırılmasını gündəmə çıxarır. ABŞ bundan önsə İrana qarşı silah enbarqosunun bitməsinə də etiraz edib və onun uzadılmasını istəsə də bu tələb rədd edilib.


Story Code: 887145

News Link :
https://www.islamtimes.org/az/news/887145/üç-avropa-dövləti-abş-a-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org