QR CodeQR Code

Fransa ABŞ-ın Hizbullaha qarşı ittihamlarını rədd etdi

IslamTimes , 19 Sep 2020 14:04

İslamTimes: Fransa XİN: "Bildiyimiz qədər belə bir iddianın irəli sürülməsi üçün heç bir dəlil mövcud deyil!"


Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anis von Dermol jurnalistlərlə müsahibəsi zamanı ABŞ Dövlət Departamentinin terrorla mübarizə koordinatoru Natan Salisin Livanın Hizbullah Hərəkatına qarşı ittihamlarına cavab verib.

Sky News-un məlumatına görə, Natan Salis cümə axşamı günü iddia edib ki, Hizbullah Belçika, Fransa, Yunanıstan, İtaliya və İspaniya kimi Avropa ölkələrinə amonyum nitrat da daxil olmaqla kimyəvi maddələrin qaçaqmalçılığı və bu maddələlərin adı çəkilən ölkələrdə saxlanılması ilə məşğuldur.
Salis Hizbullahın bu ölkələrdə "böyük terror hücumları" üçün kimyəvi maddələri saxladığını və İranın lazım bildiyi zaman “terror əməliyyatları”nın başlayacağını iddia edib.

Bu gülünc iddialara münasibət bidirən Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anis Von Dermol ABŞ-ın bu cəfənigiyatını rədd edərək deyib: "Bildiyimiz qədər belə bir iddianın irəli sürülməsi üçün Fransada hər hansı bir fəaliyyət müşahidə edilməyib. Bu iddia üçün heç bir dəlil mövcud deyil!"
 


Story Code: 887184

News Link :
https://www.islamtimes.org/az/news/887184/fransa-abş-ın-hizbullaha-qarşı-ittihamlarını-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org