0
Saturday 19 September 2020 - 15:38

Wall Street Journal: Səudiyyə Kralı və vəliəhd İsrail üzündən mübahisə edib 

Story Code : 887192
Wall Street Journal: Səudiyyə Kralı və vəliəhd İsrail üzündən mübahisə edib 
ABŞ-ın "Wall Street Journal" qəzeti yazıb ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman arasında işğalçı İsrail ilə münasibətlərin normallaşdırılması ilə bağlı ciddi gərginlik yaranıb.

Məlumata görə, kral Salman sionist rejimlə münasibətlərin normallaşdırılmasını qətiyyətlə rədd edir, lakin oğlu Məhəmməd bin Salman Əbu Dabi (Birləşmiş Ərəb Əmirliyi) və Manamaya (Bəhreyn) qoşularaq Təl-Əvivlə münasibətləri normallaşdırmaq ardıncadır.

Wall Street Journal iddia edib ki, kral Salman Fələstin məsələsinə sadiqdir və özünü həmişə Fələstinin səfiri hesab edir.
Source : IslamTimes