0
Sunday 20 September 2020 - 00:02

ABŞ-ın Portlend şəhərində polisə aksiya zamanı 11 nəfər saxlanılıb

Story Code : 887302
ABŞ-ın Portlend şəhərində polisə aksiya zamanı 11 nəfər saxlanılıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, yerli vaxtla təxminən 20:45-də bir qrup insan etirazın başladığı federal qurumun binasına doğru yürüş edib. Kütlə polis tərəfindən dağıdılıb.

“Portlend polisi izdiham arasındakı bəzi konkret şəxslərin polis əməkdaşlarına küt əşyalar atmaqla cinayət törətdiklərini müəyyən edib. Buna görə də 11 nəfər həbs olunub”, - deyə məlumatda qeyd olunub.