QR CodeQR Code

ABŞ-ın Portlend şəhərində polisə aksiya zamanı 11 nəfər saxlanılıb

20 Sep 2020 00:02

İslamTimes: Bir neçə aydır kütləvi iğtişaşların səngimədiyi ABŞ-ın Portlend şəhərində 11 etirazçı saxlanılıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, yerli vaxtla təxminən 20:45-də bir qrup insan etirazın başladığı federal qurumun binasına doğru yürüş edib. Kütlə polis tərəfindən dağıdılıb.

“Portlend polisi izdiham arasındakı bəzi konkret şəxslərin polis əməkdaşlarına küt əşyalar atmaqla cinayət törətdiklərini müəyyən edib. Buna görə də 11 nəfər həbs olunub”, - deyə məlumatda qeyd olunub.

 


Story Code: 887302

News Link :
https://www.islamtimes.org/az/news/887302/abş-ın-portlend-şəhərində-polisə-aksiya-zamanı-11-nəfər-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org