QR CodeQR Code

Bizdə elə silahlar var ki... - Putin

20 Sep 2020 00:20

İslamTimes: Rusiya əvvəllər yeni silah növlərinin inkişafında kiməsə çatmaq istəyirdi, amma indi ilk dəfə olaraq digər ölkələrdən dəfələrlə üstün olan ən müasir silah növlərinə sahibdir.


Axar.az RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir raket mühəndisi Herbert Yefremovla onlayn görüşündə bildirib.

“Dəfələrlə demişəm ki, onilliklər boyu davamlı inkişaf rolunda olmalıyıq, bunu çox yaxşı bilirsiniz. Bu, atom, nüvə silahı, uzaq mənzilli strateji aviasiya və qitələrarası raket texnologiyasına aiddir", - Putin söyləyib.

O qeyd edib ki, Rusiya gücü, sürəti baxımından dəfələrlə üstün olan ən müasir silah növlərinə sahibdir:

"Bu, çox vacibdir. Dünyada başqa heç kimin belə bir silahı yoxdur. Hər halda, hələ yoxdur".

 


Story Code: 887303

News Link :
https://www.islamtimes.org/az/news/887303/bizdə-elə-silahlar-var-ki-putin

Islam Times
  https://www.islamtimes.org