0
Sunday 20 September 2020 - 09:51

Tramp TikTok-u satın almaq üçün bu şirkətə qadağa qoyub?

Story Code : 887333
Tramp TikTok-u satın almaq üçün bu şirkətə qadağa qoyub?
APA xəbər verir ki, bunu amerikalı lider “Fox News” telekanalında yayımlanan çıxışı zamanı bildirib.

“Mən bu sövdələşməyə öz xeyir-duamı verdim. Sövdələşmə iştirakçıları bu işi sona çatdırsalar, yaxşı olardı. Bu baş verməsə də, hər şey yaxşı olacaq… Bunun Çinlə heç bir əlaqəsi yoxdur, bu, tamamilə təhlükəsizdir”, - Tramp belə deyib.

Qeyd edək ki, 20 sentyabrdan etibarən ABŞ-da Çinin “TikTok” və “WeChat” sosial şəbəkələrini yükləmək mümkün olmayacaq.

Xatırladaq ki, ölkə rəsmiləri 15 sentyabr tarixinə qədər sosial şəbəkənin Amerika şirkətləri tərəfindən satın alınmayacağı təqdirdə, “TikTok”u ABŞ-da bloklamağa qərar veriblər. ABŞ kəşfiyyat agentlikləri iddia edir ki, sosial şəbəkə rəhbərliyi istifadəçilərin şəxsi məlumatlarını Çin hökumətinə ötürür və əks-təbliğatla məşğuldur. “Reuters” agentliyinin yazdığına görə, Çin tərəfi “TikTok” tətbiqinin ABŞ bölməsini Amerika şirkətlərindən birinə satmaqdansa, onu bağlamağı düşünür.