QR CodeQR Code

Quterreş ABŞ-ın İrana yenidən sanksiya tətbiq edildiyi iddiasına münasibət bildirdi

IslamTimes , 20 Sep 2020 10:47

İslamTimes: Təhlükəsizlik Şurasına müraciət edən BMT baş katibi Antonio Quterreş bildirib ki, ABŞ-ın İrana qarşı BMT-nin bütün sanksiyalarını yenidən bərpa etməsi qərarı ilə bağlı heç bir addım ata bilməyəcək! Çünki ABŞ-ın bu istəyinin yerinə yetirilməsi ilə başlı qəti bir qərar yoxdur.


Pompeo İrana qarşı layihəni BMT-də səsverməyə çıxardığı bir ölkədən başqa bütün ölkələr ABŞ-ın bu qərarına dəstək verməyib.
Quterreş Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bu mövzu ilə bağlı yazıb: “Elə görünür ki, bu addımda heç bir əminlik yoxdur və bu prosesin başlayıb başlamadığı və ABŞ-ın sanksiyalarının davam edib-etməyəcəyi hələ bəlli deyil."

BMT rəsmiləri sanksiyaları tətbiq etmək üçün Təhlükəsizlik Şurasından istifadə edir. Quterreş də sanksiyaların həyata keçirilməsi prosesinə nəzarət etmək üçün müstəqil ekspertlər təyin edir. 

Quterreş bildirib ki, İrana tətbiq olunan sanksiyalarla bağlı mövzu tam aydınlaşmayanadək ABŞ-ın sanksiyalarla bağlı tələbini dəstəkləməyəcək və belə olan halda ABŞ-ın İrana qarşı tətik mexanizmi ilə bağlı bütün fəaliyyətləri də nəticəsiz olacaq.


Story Code: 887340

News Link :
https://www.islamtimes.org/az/news/887340/quterreş-abş-ın-irana-yenidən-sanksiya-tətbiq-edildiyi-iddiasına-münasibət-bildirdi

Islam Times
  https://www.islamtimes.org