QR CodeQR Code

Amerikanın İrana qarşı gülünc şousuna son qoymağın zamanı gəlib

IslamTimes , 20 Sep 2020 17:59

İslamTimes: Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq təşkilatlardakı Çinin nümayəndə heyəti ABŞ-ın İrana qarşı "tətik mexanizmini" aktivləşdirdiyi iddiasına münasibət bildirib.


Çin beynəlxalq təşkilatlardakı nümayəsi Twitter-də yazıb: "İndi (ABŞ-ın) özləri tərəfindən səhnələşdirilən şousuna son qoymağın vaxtıdır! BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları qaldırılıb və belə də davam edəcək. Hərtərfli Birgə Fəaliyyət Planı (İranla 5+1 arasında) razılaşmasında qalan bütün tərəflərin mövqeyi də aydındır: ABŞ artıq HBFP-nın iştirakçısı deyil və bu səbəbdən "tətik mexanizmini" işə salmaq iddiası etibarsızdır. Biz İranla əldə edilən razılaşmaya sadiqik və onu qoruyub saxlayacağıq!"

Qeyd edək ki, BMT baş katibi Antonio Quterreş, həmçinin Britaniya, Almniya, Fransa üçlüyü də ABŞ-ın "tətik mexanizmini işə salma hüququna malik olmadığını, digər ölkələrin bu tələbə əməl etməyəcəyini bildirib.
 


Story Code: 887374

News Link :
https://www.islamtimes.org/az/news/887374/amerikanın-irana-qarşı-gülünc-şousuna-son-qoymağın-zamanı-gəlib

Islam Times
  https://www.islamtimes.org