QR CodeQR Code

Bill Qeyts koronavirusun 2022-ci ildə sona çatacağını ehtimal etdiyini bildirib

21 Sep 2020 00:09

İslamTimes: “Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”.


APA “Fox News”a istinadən xəbər verir ki, bunu “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts açıqlamasında bildirib.

O qeyd edib ki, problemə yalnız qlobal miqyasda yanaşılsa, 2021-ci il ərzində yoluxma sayı azala bilər: “ABŞ-ın gələn yaya qədər tamamilə normal həyat tərzinə dönəcəyinə inanıram. Bunun üçün dünyada koronavirusla mübarizəni davam etdirmək lazımdır. Çünki bu halda COVID-19-un ölkələrə "dönməyəcəyinə" zəmanət veriləcək”.

Qeyd edək ki, “Microsoft”un qurucusu daha əvvəl ABŞ-ın bu il oktyabr ayının sonuna qədər koronavirusa qarşı peyvəndi əldə edə bilməyəcəyini söyləmişdi.


Story Code: 887442

News Link :
https://www.islamtimes.org/az/news/887442/bill-qeyts-koronavirusun-2022-ci-ildə-sona-çatacağını-ehtimal-etdiyini-bildirib

Islam Times
  https://www.islamtimes.org