QR CodeQR Code

ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minməyib

21 Sep 2020 00:36

İslamTimes: Kaliforniya ştatında məhkəmə ABŞ Ticarət Nazirliyinin “Google”, “Apple” və digər ABŞ şirkətlərinin əlavələrinin bazarlarından Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin çıxarılması barədə qərarının qüvvəyə minməsini dayandırıb.


APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hakim Lorel Biler “WeChat” istifadəçilərinin iddiasını baxış üçün qəbul edib.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin qərarına əsasən, sentyabrın 20-dən Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin yüklənməsi qadağan idi.


Story Code: 887444

News Link :
https://www.islamtimes.org/az/news/887444/abş-ticarət-nazirliyinin-wechat-əlavəsi-ilə-bağlı-qərarı-qüvvəyə-minməyib

Islam Times
  https://www.islamtimes.org