0
Monday 21 September 2020 - 01:02

ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib

Story Code : 887445
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
“ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib: “Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq”.