0
Monday 21 September 2020 - 07:19

Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb

Story Code : 887502
Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “La FM” radiosu yayıb. 

Hadisə Kauka departamentinin Buenos-Ayres bələdiyyəsində baş verib. 

Naməlum şəxslər insanların sıx toplaşdığı xoruz döyüşü keçirilən əraziyə əvvəlcə əl qumbarası atıblar, sonra isə kütləni atəşə tutublar. 

İlkin məlumata görə, azı 5 nəfər yerindəcə ölüb.

Həmin ərazidə cinayətkar qruplaşmaların fəal olduğu bildirilir. 

Hadisə ilə bağlı istintaq başladılıb.