QR CodeQR Code

Zərif ABŞ-ın böyük məğlubiyyətindən sonra Rusiyaya yollanır

IslamTimes , 21 Sep 2020 13:23

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İran XİN başçısı Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün 24 oktyabrda Moskvaya yollanacaq.


Nazirliyin bu xəbəri elə bir zamana təsadüf edir ki, ABŞ həftələrdir bütün vasitələrə əl ataraq, İrana qarşı tətik mexanizmini işə salmağa çalışır. Tramp hakimiyyətinin beynəlxalq qanunlara zidd olan bu tələbi əksər dünya ölkələri tərəfindən sərt şəkildə tənqid edilib. Zərifin bu səfər çərçivəsində əsas himayəçilərindən olan Rusiya ilə uyğun mövzuda müzakirələr aparacağı da ehtimal edilir.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bir neçə gün öncə ABŞ-ın beynəlxalq əlaqələrdə birtərəfli münasibətini və quldurluqla yanaşı olan siyasətini tənqid edib.

Rusiyalı rəsmi deyib: "ABŞ ona müxalif olanlara qarşı dözümsüzlük nümayiş etdirir. Nədənsə ABŞ elə düşünür ki, həqiqət onların inhisarındadır, təkcə bir doğru baxış var, o da ABŞ-ın baxışıdır! Əgər sizin nəzəriniz beynəlxalq qanunlara zidd olsa, onda necə olacaq?!"


Story Code: 887530

News Link :
https://www.islamtimes.org/az/news/887530/zərif-abş-ın-böyük-məğlubiyyətindən-sonra-rusiyaya-yollanır

Islam Times
  https://www.islamtimes.org