0
Monday 21 September 2020 - 13:23

Zərif ABŞ-ın böyük məğlubiyyətindən sonra Rusiyaya yollanır

Story Code : 887530
Zərif ABŞ-ın böyük məğlubiyyətindən sonra Rusiyaya yollanır
Nazirliyin bu xəbəri elə bir zamana təsadüf edir ki, ABŞ həftələrdir bütün vasitələrə əl ataraq, İrana qarşı tətik mexanizmini işə salmağa çalışır. Tramp hakimiyyətinin beynəlxalq qanunlara zidd olan bu tələbi əksər dünya ölkələri tərəfindən sərt şəkildə tənqid edilib. Zərifin bu səfər çərçivəsində əsas himayəçilərindən olan Rusiya ilə uyğun mövzuda müzakirələr aparacağı da ehtimal edilir.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bir neçə gün öncə ABŞ-ın beynəlxalq əlaqələrdə birtərəfli münasibətini və quldurluqla yanaşı olan siyasətini tənqid edib.

Rusiyalı rəsmi deyib: "ABŞ ona müxalif olanlara qarşı dözümsüzlük nümayiş etdirir. Nədənsə ABŞ elə düşünür ki, həqiqət onların inhisarındadır, təkcə bir doğru baxış var, o da ABŞ-ın baxışıdır! Əgər sizin nəzəriniz beynəlxalq qanunlara zidd olsa, onda necə olacaq?!"
Source : IslamTimes